Valideynlər kimi qohumların, müəllimlərin və başqa yetkin insanların uşaqların təhlükəsizliyini qorumaqda məsuliyyətləri vardır.Biz uşaqların sağlam və təhlükəsiz böyüməsini istəyirik.Eyni zamanda əqli və fiziki inkişafını da.

Uşaqlar yenilikləri tez öyrənirlər və bu onların təbiətinə xas xüsusiyyətdir.Valideyn olaraq bizdə bu, yeni qayğılar yaradır və bu bizim işimizin bir hissəsinə çevrilməlidir.Uşaqlar yenilikləri öyrəndikcə, inkişaf etdikcə, biz onların təhlükəsizliyi üçün yeni üsullardan istifadə etməliyik.

O vaxta qədər ki, onlar hər şeyi dərindən dərk etsin və öz təhlükəsizliklərini özləri təmin edə bilsinlər.

 Onlar sürətlə böyüyür

Yaşından asılı olaraq ola bilər ki, onlar kompüter, smartphone –dan istifadə etmirlər, amma böyüdükcə ən azından telefonda və kompüterdə hansısa oyunlar oynayırlar, bir az böyüklər isə social şəbəkədən istifadə edir.

Yaşları artıqca onlar artıq “onlayn veteran” olacaqlar və bununla da internetin bütün imkanlarından birbaşa istifadə edəcəklər.Bura oyunlar, mobil tətbiqlər, social şəbəkələr və s. aidddir.Digər tərədən də əksər hallarda onların internet haqqında bilikləri sizdən çox olur.Lakin, əllərində olan imkanlar vasitəsi ilə davaranmaları üçün kifayət qədər təcrübələri və zəkaları olmaya bilər.

Məhz bu nuans bizim onlara təhlükəsiz internet istifadəçisi olamaları üçün yardım göstərməyimizi şərtləndirir.

Dəyişən nədir?

Son zamanlar, əksər evlərdə ailə kompüteri var,hansı ki valideynlərin gözü qarşısında qoyulur ki, uşaqların nədən istifadə etdiklərin aydın görə bilsinlər.Bununla da zərərli proqramlar və ya saytlardan istifadə edərkən valideyn nəzarət edə bilir.Amma uşaqların şəxsi kompüteri olduqda və ya notbuku yataq otaqlarında, digər nəzarətdən uzaq yerlərdə istifadə etdikləri zaman onlara nəzarət etmək artıq çətinləşir.Hətta mini kompüterlər var ki, uşaqlar istədikləri yerə özləri ilə götürə bilir.

Risklər           

Bəzən hərkəsin köməyə Bizim heç birimizin internetdə zərərli məlumatlardan qorunmaq üçün kifayət qədər immunitetimiz yoxdur.Uşaqların yaşını və təcrübəsizliyini nəzəra alsaq onların nə dərəcədə zərərli məlumatlara yönələ bilməklərini təsəvvür etmək çətin deyil … Təbii olaraq yetkin insanlar internet daha təhlükəsiz istifadə edə bilir.Gəlin aşağıda internetdə uşaqlar üçün baş verə biləcək xoşa gəlməz halları sadalayaq:

  • Uyğun olmayan əlaqə: elə bir insanlardan gəlir ki, onlar təhqir və istismar edə bilər 
  • Uyğun olmayan davranış: Şəxsi məlumatların publik formada qoyulması ki, bunu adətən az yaşlılar edir, bununla da onların təhlükəsizliyi təhdid oluna bilər.
  • Uyğun olmayan içərik:Rasist, seksual xarakterli məlumatlar, özündə şiddət ehtiva edən materiallar və s.
  • Kommersiya: Aqressiv reklamların və marketinq mesajlarının hədəfi olmaq.  
  • Şəxsi məlumatlarınıza giriş icazəsi verməklər siz bir çox məlumatlarla birlikdə bank kartlarının da məlumatlarını oğurlada bilərsiniz.

Bizim məsləhətimiz

ehtiyacı olur.Xüsusən yuxarıda qeyd etdiyimiz məsələlərdə velideynlərin onlayn nəzarətdə.Bunun üçün ilk növbədə texnalogiyanı yaxşı mənimsəmək və uşaqlardan daha yaxşı istifadə etmək.Bununla bağlı daim maariflənmək, bir sıra saytları mütamadi olaraq izləmək, yeniliklərdən xəbərdar olub, onları tətbiq etmək.Bir neçə əlatlər vasitəsi ilə “parent control” u həyata keçirmək vacib məsələlərdəndir.

Yusif Süleymanlı

Qeyd:Məqalənin hazırlanması zamanı bir sıra xarici saytların məlumatlarından istifadə olunmuşdur.