Proqramlar

1. Qustodio Free

Qustodio proqram təminatının pulsuz və pullu versiyaları mövcuddur və Windows, Mac, IOS, Android, Kindle, eləcədə Nook əməliyyat sistemləri ilə işləyir. Çox mürəkkəb izləmə sisteminə və rahat nəzarət etmə sisteminə malikdir. Valideyn nəzarəti üçün geniş funksional alətlər sistemi mövcuddur.

Buradan yükləmək mümkündür.

2. MinorMonitor

Bu proqram təminatı valideyn nəzarəti üçün lazım olan funksiyalarla zəngindir. Eləcədə sosial şəbəkələrdən istifadə zamanı lazımsız kontenti avtomatik filtirləmə və bloklama funksiyalarına malikdir. Bütün məşhur əməliyyat sistemləri ilə işləyə bilir.

Buradan yükləmək mümkündür.

3. OpenDNS tərəfindən təqdim müdafiə sistemi

OpenDNS etibarlı və geniş istifadə edilən təhlükəsizlik platformasıdır. Artıq dünyada 18 milyondan çox istifadəçi tərəfindən istifadə edilir. Fərdi məlumatların mühafizəsi və valideyn nəzarəti funksiyalarına malikdir. Demək olar ki, bütün əməliyyat sistemlərində işləyir. Veb saytları real vaxt rejimində filtirləmə və bloklama funksiyaları valideynlərə daim övladlarını izləməyə ehtiyac yaratmır.

Buradan yükləmək mümkündür.

4. Kidlogger

Kidlogger ən yaxşı pulsuz valideyn nəzarətini həyata keçirən proqram təminatıdır. Uşağın internetdə fəaliiyəti barədə tam məlumat toplamağa imkan verir. Hal-hazırda Windows, Mac, IOS, və Android əməliyyat sistemlərində işləyə bilir. Proqram təminatında vaxt rejimi funksiyası müəyyən saatlarda interneti bloklama qabiliyyətinə malikdir.

Buradan yükləmək mümkündür.

5. Spyrix Free Keylogger

Bu keylogger valideynlər üçün nəzərdə tutulmuş alətdir, Spyrix şirkəti tərəfindən hazırlanaraq təklif edilir. Adından göründüyü kimi valideynlərə övladlarına gizli nəzarət etməyə şərait yaradır. Demək olar ki, bütün əməliyyat sistemlərində (məs., Windows, IOS, Android və başqa) və qurğularda işləyə bilir. Gizli fonr rejimində işlədiyindən heç bir antivirus sistemi tərəfindən aşkarlanmır.

Buradan yükləmək mümkündür.

6. KurupiraWeb Filter 10. Kurupira

Zərərli olan linkləri bloklamağa imkan verir. Eləcədə internetdə fəaliyyət barədə tam hesabat hazırlamaq imkanına malikdir.

Buradan yükləmək mümkündür.

7. Windows Live Family Safety

Windows əməliyyat sistemindən istifadə edənlər üçün ən yaxşı valideyn nəzarəti proqramı kimi Windows Live Family safety proqram təminatınəı göstərmək olar.

Buradan yükləmək mümkündür.