1.Evdə qaydalar
Birinci növbədə valideyn evladının internetə ayırdığı vaxtı və bu vaxtın onun üçün nə qədər önəmli olduğunu müəyyənləşdirməlidir.Təhlükəsizlik və faydalılıq baxımından bir list təyin olunmalıdır.Buna görə (http://www.safekids.com/) göstərilən link bu işdə böyüklərə köməkçi ola bilər.Hər yaşa görə təyin olunmuş saytlara yeniyetmələr asanlıqla daxil ola bilər.

2.Onlara gizliliyin qorunması öyrədilməlidir
Əgər informasiyanın təhlükəsizliyinin qorunmasını yetərincə aydınlaşdıra bilmirsinizsə, aşağıdakı qaydalara riayət etsinlər.
-İnternetdə sizin icazəniz olamadan, heç kəsə e-mail, yaşayış ünvanı, telefon nömrəsini, bank kartının nömrəsini və s. verməsinlər.
-Sizin icazəniz olmadan gələn electron poçtları açmasınlar
-Təhdidedici məktublara cavab verməsinlər
-Onlayn tanışlıq istəyənlərlə tanış olmasınlar

3.Kompüterlərin yerləşirilməsi
Evdə bir neçə kompüter və ya notbuk, netbuk ola bilər.Onları elə yerlərdə yerləşdirmək lazımdır ki, gözlə asanlıqla müşahidəsi mümkün olsun.
4.Brouzerlərlə nəzarət
İnternet brouzerlərinizdə lazım olan fitirləməni quraşdırmaqla nəzarəti gücləndirə bilərsiniz.
5.İnterneti kilid və açar ilə qoruyun
Siz bunu ControlKey 2.0 ilə həyata keçirə bilərsiniz.Burada əgər açar yoxdursa, internet də yoxdur deməkdir.Həmçinin açılan saytlar “white list” siyahısında olmalıdır.Bu da internet təhlükəsizliyinin artırılmasında sizə çox kömək olacaq.
Ümid edirik bu məqalədə sizi az da olsa məlumatlandıra bildik.